24 Dekabr 2025, 17:40
FUTBOL
“Çelsi”nin baş məşqçisi Entso Mareska vacib oyunlar ərəfəsində Koul Palmerin hazırkı fiziki durumunu müsbət qiymətləndirib.
Matc.az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçi artıq uzunmüddətli reabilitasiyanın fəsadlarını arxada qoyub və meydanda tam oyun vaxtı keçirməyə hazırdır:
“Düşünürəm ki, Koul Palmer artıq 90 dəqiqə oynamağa hazırdır. O, "Everton"la matçda təxminən bir saat meydanda oldu, daha sonra isə "Nyukasl"a qarşı 70 dəqiqədən çox oynadı. İrəliləyiş göz önündədir, özünü yaxşı hiss edir. Mənim fikrimcə, fiziki durumu ona bütün qarşılaşma ərzində güvənməyə imkan verir”.
Qeyd edək ki, Koul Palmer cari mövsüm Premyer Liqada 7 matçda iştirak edib və 2 qol vurub.












