24 Dekabr 2025, 12:57
FUTBOL
Misir millisi Afrika Millətlər Kubokunun qrup mərhələsinin ilk turunda Zimbabveni 2:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, bu oyunda "Mançester Siti" və Misir yığmasının hücumçusu Ömər Marmuş fərqlənərək tarixi nailiyyətə imza atıb.
"Opta"nın məlumatına görə, 26 yaşlı forvard turnir tarixində bir oyunda rəqib qapısına 8-dən çox zərbə endirən, eyni zamanda 7 dəfədən artıq uğurlu driblinq edən ilk futbolçu olub.
Misir millisi növbəti oyununu Cənubi Afrika yığmasına qarşı keçirəcək. Qarşılaşma dekabrın 26-na planlaşdırılıb.




_1766586282.jpg)

_1766583490.jpg)





