24 Dekabr 2025, 12:30
FUTBOL
"Trabzonspor" qış fasiləsində heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.
Matc.az xəbər verir ki, Super Liqa nəhənginin əsas hədəfi MLS təmsilçisi "Kolumbus"da çıxış edən Vessam Abu Alidir. Bu barədə "Daily Record Sport" məlumat yayıb.
Türkiyə klubu fələstinli futbolçunu icarəyə götürmək istəyir. 26 yaşlı forvard Super Liqada oynamağa isti yanaşır.
Qeyd edək ki, Vessam Abu Ali başa çatan mövsümdə "Kolumbus"un heyətində keçirdiyi 8 oyunda 6 qol vurub, 1 qol ötürməsi edib.




_1766586282.jpg)

_1766583490.jpg)





