"Nottingem Forest"in müdafiəçisi Murilyo karyerasını "Barselona"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Xoakim Pyera məlumat yayıb.

La Liqa nəhəngi 23 yaşlı futbolçunun inkişafını diqqətlə izləyirlər. İspaniya klubu Murilyonun oyun keyfiyyətlərini olduqca yüksək qiymətləndirir. Hesab olunur ki, o, braziliyalı oyunçu Hans-Diter Flikin tətbiq etdiyi yüksək müdafiə xətti və pressinq sistemi üçün ideal variantdır.

Murilyo cari mövsümdə bütün turnirlərdə 16 oyunda meydana çıxıb və 1 qol vurub. Mərkəz müdafiəçisinin “meşəbəyilər”lə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest