24 Dekabr 2025, 17:58
FUTBOL
"Atletiko"nun yarımmüdafiəçisi Konor Qallaher yanvar ayında komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
İngiltərəli futbolçu bir çox klubun siyahısında yer alıb. "Mançester Yunayted", "Tottenhem", "Nyukasl", "Aston Villa", "Çelsi" və "Yuventus" Qallaherlə maraqlanır. Madrid təmsilçisi 25 yaşlı oyunçunu 50 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Konor Qallaher bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 28 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib. İngiltərə millisinin üzvünün klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.












