Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundova məxsus "Səmayə Co LTD” MMC də olan bir neçə şirkət barəsində məhkəmə işi açılıb.

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundova məxsus "Səmayə Co LTD” MMC də olan bir neçə şirkət barəsində məhkəmə işi açılıb.

Matc.az xəbər verir ki, məsələ ilə bağlı artıq 17 nəfər saxlanılıb. 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayət əməllərinin törədilməsində iştirak etmiş "RR Caspi", "Səmayə Co", "Səmayə Logistic" və digər Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin də qanunsuz fəaliyyəti ifşa edilib.

Xatırladaq ki, bir müddət əvvəl Zaur Axundova məxsus şirkətin siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işi üzrə adı keçmişdi.

(Apasport.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest