28 Dekabr 2025, 10:42
FUTBOL
"İnter"in yarımmüdafiəçisi Davide Frattesi İstanbulun "Fənərbaxça" klubunun maraq dairəsinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "SportMediaset" paylaşıb.
Bildirilir ki, Türkiyə klubu 26 yaşlı italiyalı futbolçu üçün məcburi satın alma bəndi ilə icarə müqaviləsi bağlamağı düşünür və transfer üçün təxminən 40 milyon avro yatırmağa hazırdır.
"Fənərbaxça"dan başqa, "Yuventus", "Roma" və "Napoli" də yarımmüdafiəçi ilə maraqlanır, lakin Milan klubu A Seriyasınakı rəqiblərini gücləndirmək niyyətində deyil.












