28 Dekabr 2025, 12:05
FUTBOL
"Arsenal" "Milan"ın 19 yaşlı müdafiəçisi Davide Bartezaqiyə maraq göstərir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Caughtoffside" paylaşıb.
Bildirilir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Mikel Arteta qış "transfer pəncərəsi"ndə müdafiə mövqeyini gücləndirmək üçün namizədləri nəzərdən keçirir və Bartezaqi adlar içərisində prioritet oyunçulardan hesab olunur.
"Milan" futbolçunu təxminən 45 milyon avroya satmağa hazırdır, lakin klub bu barədə hələ qərar verməyib və gənc oyunçunun gələcəyi ilə bağlı gözləmə mövqeyindədir.
Qeyd edək ki, Davide Bartezaqi cari mövsüm bütün turnirlərdə ümumilikdə 13 oyuna çıxıb 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.












