"Mançester Siti" və Niderland millisinin müdafiəçisi Nathan Ake karyerasını "Barselona"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, "Barselona" Akeni altı aylıq icarəyə götürmək və almaq hüququ ilə transfer etmək istəyir. "Mançester Siti" 30 yaşlı futbolçunu yalnız daimi transfer və ya mübadilə müqaviləsi ilə buraxmağa hazırdır. Klublar şərtlər barədə razılığa gələrsə, Ake "Barselona"ya keçməyə razıdır.

Akenin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir və onun transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm müdafiəçi bütün yarışlarda 13 oyunda iştirak edib və qol vurmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest