02 Yanvar 2026, 18:00
FUTBOL
İtaliyanın "Napoli" klubunun futbolçusu Noa Lanq karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Il Mattino" nəşri məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı vingerlə "Qalatasaray" maraqlanır.
"Sarı-qırmızılar" niderlandlı oyunçunu qış transfer dönəmində heyətinə cəlb etmək niyyətindədir. O, hazırkı komandasında az forma şansı əldə etdiyi üçün narazıdır.
Qeyd edək ki, Noa Lanq 2025-ci ilin yayında PSV-dən "Napoli"yə keçib.












