06 Yanvar 2026, 13:59
FUTBOL
"Fənərbaxça" "Atalanta"nın hücumçusu Ademola Lukmanı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhənginin idman direktoru Devin Özek bu həftə İtaliyaya gerədək transferi bitirməyə çalışacaq.
"Atalanta" nigeriyalı forvard üçün 40 milyon avro tələb edir. "Fənərbaxça" isə 28 yaşlı futbolçu üçün 30 milyon avro və bonuslar təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Ademola Lukman bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 16 oyunda 3 qol vurub, 1 qol ötürmə edib.











_1767799613.jpg)
