"Beşiktaş" baş məşqçi Sergen Yalçının qərarı ilə əsas komandadan uzaqlaşdırılan Mert Günokla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

"Qara qartallar" türkiyəli qapıçı ilə müqaviləyə xitam verib.

Mertin "Fənərbaxça" ilə anlaşdığı bildirilir. 36 yaşlı qolkiper 7 yanvar tarixində yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Mert Günok bu mövsüm "Beşiktaş"ın heyətində 13 oyunda meydana çıxıb və qapısında 21 qol görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest