"Roma" İtaliya millisinin iki oyunçusu - müdafiəçi Canluka Mançini və yarımmüdafiəçi Brayan Kristantenin müqavilələrini uzatmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə Canluka Di Marsio məlumat yayıb.

Bildirilir ki, "Roma" artıq hər iki oyunçu ilə uzunmüddətli yeni müqavilələri razılaşdırıb. Klub onları layihənin əsas hissələri hesab edir.

Kristante və Mançininin hazırkı müqavilələri 2027-ci ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt"da yarımmüdafiəçinin transfer dəyəri 7 milyon avro, Mançinininki isə 15 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest