09 Yanvar 2026, 19:15
FUTBOL
Londonun "Arsenal" klubu ulduz oyunçusu Bukayo Saka ilə yeni müqavilə bağlayacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
24 yaşlı İngiltərə millisinin üzvü maaş artımı və müqavilənin 2031-ci ilə qədər uzadılması ilə bağlı razılığa gəlib. Sakanın hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Bukayo Saka 2008-ci ildə "Arsenal"ın gənclər komandasına qoşulub və gənclər sıralarında irəliləyib. O, böyüklər komandasında debütünü 2018-ci ilin noyabr ayında Avropa Liqasında "Vorskla Poltava"ya qarşı matçda edib.
Qeyd edək ki, bu mövsüm o, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.












