09 Yanvar 2026, 17:59
MPL
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" ilk yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv "Pakş"la görüşdə qüvvəsini sınayıb. Qarşılaşma Macarıstan təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
"Kimyaçılar"ın yeganə qolunu Rüstəm Əhmədzadə vurub.
Qeyd edək ki, "Sumqayıt" yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın "Osiyek" klubları ilə qarşılaşacaq.












