“Vest Hem”in hücumçusu Niklas Füllkruq yaxın zamanda “Milan”ın futbolçusu olacaq.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat verib.

32 yaşlı futbolçu artıq İtaliyaya gedib. Almaniyalı forvard bu gün tibbi müayinədən keçməlidir. Bundan sonra o, “rossoneri” ilə müqavilə imzalayacaq.

Daha əvvəl klubların forvardın 13–14 milyon avro qarşılığında satınalma bəndi ilə icarəyə verilməsi barədə razılığa gəldiyi bildirilirdi. İcarə müqaviləsi pulsuz olacaq, lakin futbolçunun maaşını tam şəkildə "Milan" ödəyəcək.

Füllkruq bu mövsüm "Vest Hem"in heyətində 9 oyunda meydana çıxsa da, qol və ya qol ötürməsi ilə yadda qalmayıb

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest