"Qalatasaray"ın futbolçusu Berkan Kutlu Super Liqada klubunu dəyişəcək.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Konyaspor" türkiyəli yarımmüdafiəçinin keçidini həll edib. İstanbul təmsilçisində əsas heyətdə yerini itirən 27 yaşlı oyunçu klubla müqaviləsini ləğv etdikdən sonra azad agent kimi yeni klubuna keçəcək.

Qeyd edək ki, Berkan Kutlu bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 9 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest