PSV-nin yarımmüdafiəçisi Coy Veerman "Fənərbaxça"ya keçməyəcək.

Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd olunub ki, İstanbul klubununa transfer olacağı ilə bağlı xəbərlər yayılan Veerman komandanı tərk etməyəcək. 27 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Eyndhoven təmsilçisində qalacaq.

Qeyd edək ki, Niderland millisinin üzvü olan Coy Veerman bu mövsüm PSV-nin heyətində keçirdiyi 23 oyunda 8 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest