24 Dekabr 2025, 23:15
FUTBOL
“Barselona”nın yarımmüdafiəçisi Pedri Lionel Messinin komandaya qayıdacağına ümid etdiyini bildirib.
Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu "Esquire" nəşrinə verdiyi müsahibədə argentinalı ulduzun geri dönüşü ideyasını heç bir şübhə etmədən dəstəklədiyini qeyd edib və onu futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyini vurğulayıb:
“Birlikdə çıxış etdiyimiz il ərzində o, mənə çox kömək etdi. Messinin ötən ay "Kamp Nou"’ya səfər etdiyini görmüşdüm? Bu barədə sosial şəbəkələrdən xəbər tutdum, bunu görməmək çətin idi. Təəssüf ki, şəxsən görüşmək imkanımız olmadı".
Xatırladaq ki, Lionel Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılıb. 38 yaşlı vinger hazırda MLS-də “İnter Mayami”nin formasını geyinir.












