Ukrayna Futbol Assosiasiyasının (UAF) sabiq prezidenti Andrey Pavelko rəsmi olaraq axtarışa verilib.
Matc.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, keçmiş funksionerin yoxa çıxma tarixi 5 noyabr 2025-ci il hesab olunur. Pavelko hazırda məhkəməyəqədər istintaq orqanlarından qaçan şəxs kimi siyahıya alınıb. Keçmiş federasiya prezidenti Ukraynanı ötən ilin sonlarında tərk etdiyi ehtimal olunur.
Hüquq-mühafizə orqanları Andrey Pavelkonu vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə əmlakın mənimsənilməsində, eləcə də saxtakarlıqda şübhəli bilirlər. Müstəntiqlərin sözlərinə görə, Avropa Futbol Assosiasiyasından maliyyə əməliyyatları özəl qurumun hesablarına köçürülüb və bundan sonra vəsait yoxa çıxıb. Təxmini itkilər 9,32 milyon avro təşkil edir.
Andrey Pavelko Ukrayna futboluna 2015-ci ildən 2024-cü ilin yanvar ayına qədər rəhbərlik edib. Onun istefasından sonra Andrey Şevçenko Ukrayna Futbol Federasiyasının yeni prezidenti olub.












