26 Dekabr 2025, 11:34
FUTBOL
“Hayduk”un mərkəz müdafiəçisi Branimir Mlaçiç karyerasını İtaliyanın A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
18 yaşlı futbolçu ilə Milanın “İnter” klubu maraqlanır və son vaxtlar oyunçunun mümkün transferi ilə bağlı danışıqlar prosesini fəallaşdırıb.
Həmçinin qeyd olunur ki, “neradzurri” aktiv danışıqlara başlayıb. Çünki xorvatiyalı müdafiəçini Avropanın digər TOP klubları da yaxından izləyir. Onların arasında “Barselona”, “Real”, Dortmund “Borussiya”sı və “Nyukasl” da var.
Mlaçiç bu mövsüm "Hayduk"un heyətində 18 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.












