“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 2025-ci ilin yekunlarını qısa şəkildə dəyərləndirib və “blauqrana”nın 2026-cı il üçün hədəflərindən danışıb.

Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis qarşıdakı il üçün böyük məqsədlərinin olduğunu bildirib:

“Bu il mənim, məşqçi heyətimin, klubun və azarkeşlərin hamısı üçün möhtəşəm və uğurlu oldu. Burada, "Barselona"da yaşadıqlarım inanılmazdır.
Çox xoşbəxtəm. Lakin bu artıq keçmişdə qalıb və mövsümün sonunda uğuru yenidən təkrarlamaq üçün çalışmağa davam etməliyik. Gələn il üçün böyük məqsədlərimiz var. Keçən mövsüm qazandığımız titullar əladır. Amma biz irəli getməliyik və məhz bunu etmək istəyirik”.

Xatırladaq ki, Flik 2024-cü ilin yayından etibarən “Barselona”nı çalışdırır. Onun rəhbərliyi altında “mavi-qırmızılar” çempionluq titulunu, həmçinin ölkə kubokunu və Superkuboku qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest