“Roma” “Atletiko”nun hücumçusu Cakomo Raspadorinin mümkün transferi ilə bağlı danışıqları davam etdirir.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Klubların nümayəndələri arasında keçirilən ilk görüşlərdən sonra “canavarlar” 25 yaşlı forvardı 2 milyon avro qarşılığında icarəyə götürməyi və 20 milyon avroluq satınalma bəndini əlavə etməyi təklif edir.

“Atletiko” öz mövqeyində israrlıdır və satınalma opsiyasının məcburi olmasını istəyir. "Atletiko" özünü göstərə bilməyən italiyalı futbolçuya yatırılan vəsaiti geri qaytarmaq niyyətindədir.

Raspadori cari mövsümdə 14 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest