26 Dekabr 2025, 13:15
FUTBOL
“Aston Villa”nın futbolçusu Morqan Rocers Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
23 yaşlı vingerlə “Çelsi” maraqlanır. London klubu ingiltərəli oyunçunun transferini gələn yay üçün nəzərdən keçirir.
“Aston Villa” qış transfer pəncərəsində Rocersi heç bir şərtlə buraxmaq niyyətində deyil, yayda isə mövcud variantları dəyərləndirəcək. Daha əvvəl “Aston Villa” ilə Rocersin yeni müqavilə ilə bağlı danışıqları davam etdirdiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Rocers bu mövsüm "Aston Villa"nın heyətində 24 oyunda meydana çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.












