“Cenoa”nın yarımmüdafiəçisi Morten Frendrup qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

24 yaşlı futbolçu ilə “Roma” maraqlanır. Xüsusilə “canavarlar”ın baş məşqçisi Can Pyero Qasperini oyunçunu “Atalanta”nı çalışdırdığı dövrdə yaxından izləyib.

“Roma” rəhbərliyi artıq futbolçunun agentləri ilə ilkin danışıqlar aparıb. Danimarkalı oyunçunun klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsinin olmasına baxmayaraq, bu görüşlər müsbət qiymətləndirilib.

Qeyd edək ki, Frendrup bu mövsüm 18 oyunda meydana çıxıb və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest