Premyer Liqanın XVIII turunun "Aston Villa" ilə oyunundan öncə "Çelsi"nin düşərgəsində üzlər gülür.

Matc.az xəbər verir ki, komandanın iki əsas oyunçusu zədəsini sağaldıb. Bu barədə baş məşqçi Entso Mareska məlumat verib.

Liam Delapla Estevao komanda ilə birlikdə məşq edir. Hər iki futbolçu oynamağa hazırdır. Romeo Lavia və Levi Kolvillin isə müalicəsi davam edir.

Qeyd edək ki, "Çelsi" - "Aston Villa" qarşılaşması 27 dekabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest