25 Dekabr 2025, 17:58
FUTBOL
"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılan Rodriqo Bekan ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Baiya" və "Fluminense" braziliyalı mərkəz müdafiəçisini icarəyə götürmək istəyir. Həmin klublar bunun üçün futbolçunun maaşını ödəməlidir.
"Verona", "Kremoneze" və "Torino" da 29 yaşlı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Rodriqo Bekan bu mövsüm "Fənərbaxça"nın heyətində 1 oyunda 6 dəqiqə meydanda olub.












_1766673962.jpg)