25 Dekabr 2025, 15:15
FUTBOL
"Fulhem" mövsümün sonunda müqaviləsi başa çatan Harri Uilsonu komandada saxlamaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London klubu uelsli vingerlə yeni sözləşmə üçün danışıqlara başlayıb. Tərəflərin anlaşma əldə etməyə yaxın olduğu bildirilir.
Qeyd edək ki, "Fulhem" Harri Uilsonu 2021-ci ildə "Liverpul"dan transfer edib. 28 yaşlı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.






_1766673962.jpg)





