Bu gün UEFA Çempionlar Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, bu mötəbər yarışda ölkəmizi son ölkə çempionu “Sabah” təmsil edəcək.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Artıq təmsilçimizin bu mərhələdəki potensial rəqibləri də bəllidi.
Belə ki, “Sabah” İrlandiyanın “Şemrok Rovers”, Uelsin TNS, İslandiyanın “Vikinqur”, Şimali İrlandiyanın “Larne”, Finlandiyanın “KuPS”, Qazaxıstanın “Kayrat”, Moldovanın “Petrokub”, Estoniyanın “Flora”, Cəbəllüttariqin “Linkoln”, Rumıniyanın “Universitatya”, Farer adalarının “Klaksvik”, Kosovonun “Drita”, Bosniya və Herseqovinanın “Borats” və Latviyanın “Riqa” klublarından biri ilə üz-üzə gələcək.
Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-də və 8-də, cavab görüşləri bir həftə sonra keçiriləcək.













