Azərbaycan yığması AÇ-də 4-cü oldu
Yığmamıza ən çox xalı gümüş medala sahib çıxan Turan Bayramov (70 kq) qazandırıb - 20 xal. Bürünc medalı boynundan asan güləşçilərimiz - Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) hərəyə 15, beşinci yeri tutanlar - Əhmədnəbi Qvarzatilov (61 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) isə 10 xalı komandamızın hesabına yazıb.



















