2026-cı il dünya çempionatında iştirak edən Avropa komandaları turnirə gözləniləndən zəif start veriblər.
Matc.az xəbər verir ki, qitə təmsilçiləri ABŞ, Meksika və Kanadanın ortaq ev sahibliyi etdiyi mundialda keçirdikləri ilk 10 qarşılaşmada cəmi 3 qələbə qazana biliblər.
Turnirdə yalnız Almaniya (Kürasaoya 7:1), İsveç (Tunisə 5:1) və Şotlandiya (Haitiyə 1:0) aktivinə 3 xal yazdırıb.
Digər qarşılaşmalarda isə Avropa qitəsinin nəhəngləri xal itkisi ilə üzləşiblər. Belə ki, Bosniya və Herseqovina (Kanada ilə 1:1), İsveçrə (Qətərlə 1:1), Niderland (Yaponiya ilə 2:2), İspaniya (Kabo-Verde ilə 0:0) və Belçika (Misirlə 1:1) heç-heçəyə razı olublar. Çexiya Cənubi Koreyaya (1:2), Türkiyə isə Avstraliyaya (0:2) məğlub olaraq meydanı xalsız tərk edib.
Xatırladaq ki, cari dünya çempionatı iyulun 19-na qədər davam edəcək.













