"Barselona" hücumçusu Ferran Torresi uzun illər heyətində saxlamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İspaniya nəhəngi 26 yaşlı futbolçunun gələn il başa çatacaq müqaviləsinin müddətini uzatmaq niyyətindədir. Rəhbərliyin yaxın vaxtlarda oyunçu ilə rəsmi danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvarında "Mançester Siti"dən 55 milyon avroya transfer edib. İspaniya millisinin üzvüaa geridə qalan 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest