"Barselona"nın polşalı hücumçusu Robert Levandovski karyerasında yeni səhifə açmağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "Meczyki" məlumat yayıb.

Bildirilir ki, polşalı futbolçu "Şikaqo Fayr" ilə danışıqlar aparmaq üçün ABŞ-a gedib.

Mənbənin sözlərinə görə, təcrübəli forvard Amerika klubunun təklifini olduqca ciddi şəkildə dəyərləndirir. Buna baxmayaraq, ulduz oyunçu transferlə bağlı hələlik son qərarını verməyib.

Arxada qalan 2025/26 mövsümündə Kataloniya klubunun heyətində 46 rəsmi matça çıxan Levandovski, 19 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Polşalı hücumçunun "Barselona" ilə müqavilə müddəti cari ilin 30 iyununda başa çatır. Bu tarixdən sonra o, komandanı azad agent statusu ilə tərk edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest