12 İyun 2026, 10:32
FUTBOL
"Mançester Siti"dən ayrılan Bernardu Silvanın yeni klubu məlum olub.
Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu "Real"la anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Azad agent statusunda olan 31 yaşlı hücumameyilli yarımmüdafiəçi Madrid klubu ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Bernardu Silva ötən mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə keçirdiyi 53 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.













