"Sauthempton" "Qalatasaray"dan icarəyə götürdüyü Elias Yelertlə bağlı qərar verib.

Matc.az xəbər verir ki, İngiltərə klubu danimarkalı futbolçunun transfer hüquqlarına yiyələnməyəcək. Çempionşip təmsilçisi Yelert üçün satınalmaa bəndini işə salmayacaq.

23 yaşlı sağ cinah müdafiəçisi müqavilə ilə məxsus olduğu İstanbul nəhənginə qayıdacaq.

Qeyd edək ki, Elias Yelert 2025-ci ilin yayından "Sauthempton"a icarəyə verilmişdi. O, komandanın heyətində keçirdiyi 11 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest