12 İyun 2026, 11:53
DÇ-2026
Çexiya millisi DÇ-2026-nın start matçında Cənubi Koreya millisinə məğlub olub (1:2).
Matc.az xəbər verir ki, bu oyunda Çexiya yığmasının baş məşqçisi Miroslav Koubek 74 yaş 284 günündə turnirdə debüt edərək dünya çempionatlarının yeni rekordunu müəyyənləşdirib.
Koubek mundiallarda debüt oyununu keçirən ən yaşlı məşqçi olub. Əvvəlki rekord CAR millisinin çalışdırıcısı Uqo Broosa məxsus idi. O, bu göstəriciyə ötən gün Meksikaya qarşı oyunda imza atmışdı. Oyun zamanı mütəxəssisin 74 yaşı və 62 günü var idi.
Onlardan əvvəl isə bu rekordu Yunanıstan millisi ilə 71 yaş 307 günündə debüt edən Otto Rehaqel əlində saxlayırdı.













