12 İyun 2026, 14:41
DÇ-2026
Dunya çempionatları tarixində ilk dəfə olaraq DÇ-2026-da üç ayrı açılış mərasimi təşkil olunur.
Matc.az xəbər verir ki, növbəti təntənəli şou ABŞ və Paraqvay millilərinin matçından əvvəl baş tutacaq.
Los-Ancelesdəki "SoFi Stadium"da təşkil ediləcək mərasim Bakı vaxtı ilə iyunun 13-də saat 03:40-da başlayacaq. Qarşılaşmanın start fiti isə saat 05:00-da səslənəcək. Şou-proqramda dünyaşöhrətli müğənnilər Keti Peri (Katy Perry), Fyuter (Future), Anitta və Liza (Lisa) səhnəyə çıxacaqlar.
Qeyd edək ki, mundialın digər iki açılış mərasimi Mexiko və Toronto şəhərlərində keçirilib. Beləliklə, DÇ-2026 üç ev sahibi ölkədə üç fərqli açılış şousu ilə start götürərək tarixə düşüb.













