12 İyun 2026, 15:51
FUTBOL
"Çelsi" və İspaniya millisinin müdafiəçisi Mark Kukurelya dünya çempionatının startı ərəfəsində qeyri-adi vəd verib.
Matc.az xəbər verir ki, futbolçu dünya çempionu titulunu qazansalar, milli komandanın baş məşqçisi Luis de la Fuentenin təsviri olan döymə etdirməyə hazır olduğunu deyib:
"Əgər dünya çempionu olsaq, Luis de la Fuentenin döyməsini etdirəcəm".
İspaniya millisi mundiala turnirin əsas favoritlərindən biri statusunda yollanır. Luis de la Fuentenin komandası Avro-2024-ün qalibi olub.













