12 İyun 2026, 20:05
DÇ-2026
Braziliya yığmasının ulduz hücumçusu Neymarın DÇ-2026-nın qrup mərhələsindəki oyunlarda iştirakı sual altına düşüb.
Matc.az xəbər verir ki, bu barədə "Teledeporte" məlumat yayıb.
Bildirilir ki, 34 yaşlı futbolçu sağ baldır əzələsindəki zədə səbəbindən hələ də bərpa prosesini davam etdirir.
May ayının ortalarında "Santos"un heyətində zədələnən təcrübəli hücumçunun turnirdəki ilk matçı buraxacağı dəqiq ssenari idi. Son xəbərlərə görə isə onun qrup mərhələsinin digər qarşılaşmalarında da meydana çıxa bilməmək riski yaranıb.
Qeyd edək ki, Karlo Ançelottinin baş məşqçilik etdiyi Braziliya millisi DÇ-2026-da C qrupunda Mərakeş, Haiti və Şotlandiya yığmalarına qarşı mübarizə aparacaq.












_1781284507.jpg)
