"Lans"la müqaviləsi başa çatan Allan Sen-Maksimin karyerasını ABŞ-də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Fransalı vinger "Şarlott"la anlaşıb. 29 yaşlı futbolçu MLS təmsilçisi ilə 2029-cu ilədək nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Allan Sen-Maksimin ötən mövsüm "Lans"ın heyətində keçirdiyi 13 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest