25 Dekabr 2025, 12:36
FUTBOL
Samuel Çukveze mövsümün əvvəlində İtaliyanın "Milan" klubundan icarə əsasında "Fulhem"ə keçib.
Matc.az xəbər verir ki, 26 yaşlı vinger Premyer Liqaya tədricən uyğunlaşır və artıq 10 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib. Nigeriyalı futbolçu bu səbəbdən “rossoneri”yə qayıtmaq barədə ciddi şəkildə düşünmür:
"Milan"da mənə istədiyim imkanlar verilmədi. A Seriyasında özümü göstərmək üçün kifayət qədər vaxt tanınmadı. Hazırda "Fulhem"də xoşbəxtəm və özümə yenidən qazandığım inam sayəsində yalnız yoluma və oyunuma fokuslanmışam”.












