"Roma" "Çelsi"nin mərkəz müdafiəçisi Aksel Disasi ilə müqavilə imzalamağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Bildirilir ki, "Roma" rəhbərliyi fransız futbolçunu qış "transfer pəncərəsi"ndə icarəyə göndərmək imkanını nəzərdən keçirir.

"Roma"nın baş məşqçisi Can Pyero Qasperini oyunçu ilə maraqlanır və onu komandada görmək istəyir.

Yayda "Çelsi"nin meneceri Enzo Mareskanın Disasi satmaq üçün icazə verdiyi, lakin londonluların 15 milyon avro dəyərində olan oyunçu üçün alıcı tapa bilmədiyi bildirilir.

Qeyd edək ki, Disasi bu mövsüm "Çelsi"nin 21 yaşadək futbolçulardan ibarət komandasında cəmi iki oyunda iştirak edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest