25 Dekabr 2025, 14:27
FUTBOL
Münhenqladbax "Borussiy"sının müdafiəçisi Luka Netz karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
"Latsio" almaniyalı futbolçunu transfer etmək istəyir. Paytaxt təmsilçisi Almaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatan 22 yaşlı sol cinah müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Luka Netz bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 13 oyunda 1 qol ötürməsi edib.




_1766673962.jpg)







