Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünə yekun vurulub.

Matc.az xəbər verir ki, mövsümün və XXXIII turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

"İmişli" Quba OİK stadionunda "Karvan-Yevlax"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, cari mövsüm "Sabah" 78 xal toplayaraq tarixində ilk dəfə ölkə çempionu olub. Aktivində 69 xalı olan "Qarabağ" mövsümüm ikinci pillədə bitirib. "Turan Tovuz" 59 xalla üçüncü, "Neftçi" isə 59 xalla dördüncü olub.

"Sabah" ölkəmizi Çempionlar Liqasında, "Qarabağ" Avropa Liqası təmsil edəcək. "Turan Tovuz" və "Nefti" isə Konfrans Liqasında mübarizə aparacaqlar.

Misli Premyer Liqası
XXXIII tur
24 may (bazar)

"İmişli" – "Karvan-Yevlax" - 1:1
Qollar: 
Dioqo Kardozu, 90+5 // Peter Kings, 28 // 
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Zöhrab Qədiyev
Quba OİK

"İmişli": 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 20. Nazim Hüseynov 29. Edvin Banquera (k)
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 33. Andrey Sinenka 90. Riad Abbaszadə 47. Orxan Fərəcov 30. Xəlil Mürsəlli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 79. Dioqo Kardozu 17. Ezekiel Morqan
Baş məşqçi: Jorj Kaşkilya

"Karvan-Yevlax": 1. Kamran İbrahimov 33. Eltun Turabov (k) 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 17. Samir Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 8. Peter Kings
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 19. Tompson Qavi 10. Samuel Durrant
Baş məşqçi: Füzuli Məmmədov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest