Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirilib.
Matc.az xəbər verir ki, "Qəbələ" - "Mingəçevir" matçı "SOCAR Polymer Arena" təşkil olunub.
Qarşılaşma Qəbələ təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, "Qəbələ" növbtəi mövsüm də Misli Premyer Liqasında mübarizə aparacaq.
Xatırladaq ki, "Qəbələ" cari mövsüm Misli Premyer Liqasını 11-ci, "Mingəçevir" isə I Liqanı 2-ci pillədə başa vurub.
28 may (cümə axşamı)
Pley-off
"Qəbələ" – "Mingəçevir" - 2:0
Qollar: Murad Musayev, 36, Seydina Keyta, 45+5 (pen)
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“SOCAR Polymer Arena”, 18:30
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 26. Elnunr Mustafayev 24. İsmael Akinade 12. İbrahim Sanqare 3. Eduardo Kunde 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Sxadadze
“Mingəçevir”: 1. Orxan Sadıqlı 16. Fuad Bayramov 22. Elçin Mustafayev 60. Elmin Bayramov 4. Kənan Quliyev (k) 70. Nicat Məmmədov 10. Qabil Əlizadə 15. Seymur Məmmədov 32. Rəhim Cəfərli 33. Əkbər Eyubov 11. Kennet Kalunqa
Ehtiyat oyunçular: 36. Əmrah Məmmədli 9. Amil Yunanov 19. Nurlan Novruzov 20. Bahadur Həziyev 81. Xəyal Muradov 99. Cəlal Cəbrayılov 17. Taleh Fərmanov 27. Elnur Mirzəyev 77. Məhəmməd Səfərov 8. Abba Usman 21. Rimas Kerimi
Baş məşqçi: Ramiz Məmmədov













