Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti oyununa çıxıb.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti möhtəşəm qələbəsinə imza atıb.
Matc.az xəbər verir ki, baş məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi kollektiv turnirin 1/4 final mərhələsi çərçivəsində Almaniya seçməsi ilə qüvvəsini sınayıb.
Gərgin keçən qarşılaşma yığmamızın 18:16 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə adını yarımfinala yazdıran komandamız növbəti mərhələdə Fransa - ABŞ cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Dünya Kubokunun yarımfinal və final qarşılaşmaları iyunun 7-də baş tutacaq.













