"Liverpul"un və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Stiven Cerrard Fransa millisinin dünya çempionu olacağına inanır.
Matc.az xəbər verir ki, əfsanəvi futbolçu mundialla bağlı bir neçə maraqlı proqnoz verib və turnirin fərdi mükafatlarının gözlənilən qaliblərinin adlarını çəkib.
Cerrard Argentina və Fransanı dünya çempionatının əsas favoritləri hesab etdiyini bildirib.
Qeyd edək ki, ingiltərəli mütəxəssis turnirin müxtəlif nominasiyaları üzrə sualları belə cavablandırıb:
Turnirin ən yaxşı bombardiri: Xulian Alvares
Turnirin ən yaxşı qapıçısı: Emiliano Martines
Turnirin ən yaxşı oyunçusu: Lionel Messi
Turnirin ən yaxşı gənc oyunçusu: Lamin Yamal
Turnirin sürprizi (açılışı): Uruqvay
Dünya çempionatının qalibi: "Fransa və ya Argentina. Əgər məni onların arasında seçim etməyə məcbur etsəniz, Fransanı seçərəm".
Xatırladaq ki, Cerrard cari mövsümdə "Qızıl top" mükafatını isə həmyerlisi Harri Keynin qazanacağına ümid etdiyini xüsusi vurğulayıb.













