Devid Bekhem Hollivudun "Şöhrət Xiyabanı"nda ulduz alıb: "Bu, olduqca qeyri-real hiss olunur"

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi, "İnter Mayami" klubunun həmtəsisçisi Devid Bekhem Hollivudun dünyaca məşhur "Şöhrət Xiyabanı"nda (Walk of Fame) ulduz alan ilk futbolçu kimi tarixə düşüb.

Matc.az xəbər verir ki, "İdman Əyləncəsi" kateqoriyasında təşkil edilən təntənəli mərasimdə əfsanəvi oyunçunu həyat yoldaşı Viktoriya Bekhem və övladları da tək qoymayıb. Tədbirdə qonaq qismində çıxış edənlər arasında Bekhemin yaxın dostu, Hollivud ulduzu Tom Kruz da yer alıb.

Tədbirdə çıxış edən Bekhem duyğularını bu sözlərlə ifadə edib:

"Bütün bunlar olduqca qeyri-real hiss olunur. Karyeramda çoxlu heyrətamiz anlar yaşamışam, amma Los-Ancelesdə dünyaca məşhur Şöhrət Xiyabanında ulduz almaq həqiqətən inanılmazdır. Mən həmişə xəyalpərəst olmuşam, amma heç vaxt təsəvvür etməzdim ki, mənim kimi fəhlə sinfindən olan ingilis futbolçuya belə bir şərəf nəsib olacaq..."

Təşkilatçılar bildiriblər ki, Bekhemin ABŞ-da futbolun populyarlaşmasındakı müstəsna xidmətlərinə görə layiq görüldüyü bu mükafatın təqdimatı, ölkədə start götürən 2026-cı il dünya çempionatı ilə eyni günlərə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət kəsb edir

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest