"Çelsi" Avropa Liqasının final oyunu öncəsi ciddi problemlə üzləşib. Yarımmüdafiəçi Nqolo Kante Bakıdakı qarşılaşmanı buraxa bilər. 28 yaşlı orta sahə oyunçusu məşq zamanı dizindən xəsarət alıb.
"Şəxsən mənim üçün çox vacib oyundu. İnanıram ki, şəxsən mənim, komanda yoldaşlarım, klub və azarkeşlər üçün kuboku evə gətirəcəyik. Düşünürəm ki, "Arsenal" çox aqressiv oynayacaq".
İngiltərə mətbuatı Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün daha bir "problem tapıb". Britaniyalılar indi də oyun zamanı tribunaların boş olacağını proqnozlaşdırır.
"Bakıda az azarkeşimizin olması bizim üçün məyusedicidi. Çünki belədə azarkeş dəstəyini hiss etmirsən. Məncə, final iştirakçılarına daha çox bilet ayrılmalı idi. Bu, UEFA-nın problemidi".
"Arsenal"ın qapıçısı Petr Çex gələn aydan "Çelsi"nin idman direktoru vəzifəsində fəaliyyətə başlaya bilər. Avropa Liqasının final qarşılaşmasından sonra karyerasını bitirəcək çexiyalı qolkiperin "zadəganlar"la anlaşdığı bildirilir.
Hollandiyanın əfsanəvi futbolçularından sayılan Robin van Persi Britaniya mətbuatına açıqlamasında Avropa Liqasının final oyunu barədə fikir səsləndirib. Karyerasını yenicə başa vuran 36 yaşlı hücumçu sabiq komandası "Arsenal"ı finalda bir addım öndə görür.
"Mövsüm sona yaxınlaşdıqca transfer xəbərlərinin yayılmasından xəbərdarıq. Həm Azar, həm də Sarri məsələsi çox böyüdülür. Belə şeylərə öyrəşmişik. Ancaq final öncəsi bu söz-söhbətlərə fikir verməməliyik".
"Obameyanqın Premyer Liqadakı çıxışını gördükcə "mən də bunu edə bilərəm" düşüncəsinə qapılıram. Mənim üçün gözəl olacaq, çünki daim ondan məsləhətlər alacam. Təbii ki, rəqib olduğumuz zaman dostluq arxa plana keçəcək".
Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasını canlı yayımlayacaq İngiltərə kanalları müəyyənləşib. Azarkeşlər "Arsenal"la "Çelsi" arasında baş tutacaq görüşü iki telekanal vasitəsilə izləyə biləcəklər.
"Mənə qəribə gəlir ki, çarter reysləri niyə hələ də təşkil edilməyib. Biz 4000 kilometr uzaqda yerləşirik. Çarter reyslərinin təşkili daha məqsəduyğundur"
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.