Daha əvvəl Səudiyyə Ərəbistanı yığmasını çalışdırmış fransalı mütəxəssis Erve Renard Tunis milli komandasının sükanı arxasına keçib.

Matc.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyasının (TFF) mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilir ki, Tunis seçməsi 2026-cı il dünya çempionatının qrup mərhələsinin açılış oyununda İsveçə 1:5 hesabı ilə darmadağın olduqdan sonra baş məşqçi Sabri Lamuçi istefaya göndərilib. Rəhbərlik boş qalan posta dərhal Renardı cəlb etmək qərarına gəlib.

TFF-nin yaydığı bəyanatda fransalı mütəxəssislə müqavilənin cari mundialın sonuna qədər nəzərdə tutulduğu və onun bu gündən etibarən rəsmən vəzifəsinin icrasına başlayacağı qeyd olunub. Sazişə əsasən, dünya çempionatı başa çatdıqdan sonra əldə olunacaq idman nəticələrindən asılı olaraq, tərəflər arasında uzunmüddətli əməkdaşlıq barədə danışıqlara başlanıla bilər.

Xatırladaq ki, Tunis millisi turnirdə növbəti matçını iyunun 21-də Yaponiya yığmasına qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest